TÜRK ordusu ABŞ əsgərləri ilə ÜZ-ÜZƏ GƏLİR: Qorxuya düşən Vaşinqton HƏRƏKƏTƏ KEÇDİ
Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. “Münbiç ABŞ üçün xüsusi əhəmiyyətə malikdir. Amerika Türkiyə ilə arasındakı gərginliyi yumşaltmaq üçün əlindən gələn hər şeyi edəcək, lakin bunun çətin olduğu görünür”, - deyə o bildirib.
Publika.az xəbər verir ki, Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbiçilər mövcuddur.
Suriyada Amerikanın əlində təkcə PYD qalıb. Məhz buna görə də Vaşinqton bu gücü itirmək istəmir. Digər tərəfdən, Afrinlə müqayisədə Münbiç Amerikanın Suriya strategiyasında daha əhəmiyyətlidir. Hərbi ekspertlər hesab edir ki, ABŞ Münbiçin YPG-nin əlində qalması üçün hər şeyə əl atacaq.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Afrindən sonra PKK/PYD/YPG terrorçularının əlində olan Münbiçin təmizlənməsi əməliyyatına başlayacaqlarını açıqlayıb. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.
Amerikalı rəsmilər Vaşinqtonun hazırda Ərdoğanın Münbiç planını müzakirə etdiyini deyir.
Adının açıqlanmasını istəməyən amerikalı rəsmi “Münbiç koalisiya qüvvələri tərəfindən azad edilib. Əgər Türkiyə ora doğru hərəkət edərsə, vəziyyət tamamilə dəyişəcək” deyə bildirib.
Münbiç şəhərində və şəhərətrafı bəzi yerlərdə amerikalı əsgərlərin olması da ABŞ-ı çətin vəziyyətə salır. Bu əsgərlər ABŞ-ın dəstəklədiyi terrorçuları qorumaq məqsədilə mart ayında şəhərə gəliblər. Onların PYD/YPG terrorçularına təlim keçdiyi deyilir.
“Middle East İnstitute” mərkəzinin Türkiyə bölməsinin rəhbəri Gönül Tol Ərdoğanı Münbiç əməliyyatından vaz keçirməyin çətin olacağını hesab edir.
Analitiklərin fikrincə, Türkiyə Münbiçə doğru hərəkət edərsə, Amerika ilə üz-üzə qalacaq və bu, böyük toqquşmaya səbəb ola bilər.