PUTİN Niyə “RADARLARDAN İTİB”? – Suriyadan Rusiyaya bir neçə YÜZ CƏSƏD gəlir…

vladimir-putin

Rusiya Suriyada ciddi itkilər verib: Reuters agentliyi ABŞ-ın iştirakıyla beynəlxalq koalisiya qüvvələrinin zərbəsi nətyicəsində “Vaqner” ÖHŞ-dən, ən azı, 300 nəfərin öldüyü və yaralandığını təsdiq edib.  Bununla yanaşı, RF cəmi beş nəfərin həlak olduğunu rəsmən etiraf edib.

Bu hadisənin Rusiya hökuməti üçün hansı nəticələr doğuracağı və Vladimir Putinin xəstəlik bəhanəsilə ictimai məkandan yox olmasının bununla hansı dərəcədə bağlı olduğu haqda “Apostrof”a Rusiya maliyyəçisi və blogeri Slava Rabinoviç danışıb:

““Vaqner” özəl hərbi şirkəti Suriyada ikili missiya yerinə yetirir. Bu missiyanın birinci hissəsi – Suriya diktatoru Bəşər Əsədi üzdə saxlamaq və rejimin dəyişilməsinin qabağını almaqdır. Bir çox səbəblərə görə, o cümlədən Putin bütün dünyanın adamyeyənlərinə yardım etməyə çalışır ki, bu cür nümunələrin başqa ölkələrə yayılmasının qarşısını alsın. Xüsusən də Muəmmar Qəddafinin taleyi nümunəsində.

Bu missiyanın ikinci hissəsi - Rusiya dövlət cinayətkarlarının fikrincə, Əsəd rejiminə dəstəyə görə tollinq (xarici xammalın emalı və hazır məhsulun ölkədən çıxarılması-tərc.) sxemləri, Putinin şəxsi aşbazı, “Vaqner” ÖHŞ-nin təşkilatçısı və qurucusu cənab Priqojinin (yeri gəlmişkən, ABŞ-ın sanksiya tətbiq etdiyi 13 rusiyalı məmurdan biri məhz bu adamdır-tərc.) dalınca düşdüyü gerçək pulun olduğu neft və qaz yataqları sayəsində Əsədlə müqavilələr yoluyla ödəniş kimi qazanıla biləcək pullardır.

Muzdurçuluq – RF Cinayət Məcəlləsi üzrə birbaşa cinayət əməlidir. Muzdurçuluq haqda maddələr Cinayət Məcəlləsinin ağır maddələridir. Buna görə, də ümid edirəm ki, rejim dəyişiləndə bu adamların hamısı müttəhimlər kürsüsündə görünəcək və layiqli cəza alacaqlar. Əlbəttə, nəticələr indi də var. Biz, sadəcə hələlik bilmirik ki, bu, harada və nə zaman üzə çıxacaq. Putin ölkədə elə bir durum yaradıb ki, nəyin harada çatlayıb sınacağı və küləyə sovrulacağı haqda proqnozlarla məşğul olmaq mümkün deyil. O, Rusiya dövlətini, hakimiyyətin bütün qanadlarını, demokratik institutların bütün mexanizmlərini məhv edib…

Mən əminəm ki, Putin başda olmaqla MCD (mütəşəkkil cinayətkar dəstə-tərc.) heç kimin qabağında hesabat verməyə hazırlaşmır. 2014-2015-ci illərdə Ukraynaya qarşı savaşın qaynar mərhələsi zamanı heç kimlə hesablaşmadıqları kimi.

RS

Cinayətkar MCD təkcə susmağa əl atmayıb – Rusiyada XXI əsrin ən səs-küylü qətlinə əl qoyub: müəllifi Boris Nemtsov olan “Putin. Müharibə” məruzəsinin lap dərc ediləcəyi ərəfədə Nemtsovu öldürüblər. O zaman geniş xalq kütlələrinin vecinə deyildi ki, Ukraynadan gələn cəsədlər, “yük 200”-lə nə baş verir. Təbliğat onları o vaxt zombiləşdirmişdi.

Amma məsələ burasındadır ki, damcı qaya deşir. Getdikcə daha çox adam Putinin cinayətləri haqda bilir. Hadisələr yekunlaşır – kumulyativ effekt baş verir. Düşünürəm, Putin nahaq yerə radarlardan qeyb olmayıb, çünki bilir – “yük 200” bir neçə yüz cəsəd olarkən bunu elə-belə havaya buxarlandırmaq olmaz. Bu, cəmiyyətin cavab tələb etdiyi durumdur. Putin isə cavabı sadəcə yubatmağı sevmir, cavabdan imtina edir. O, 18 il bu cür cinayətlərin həyata keçirilməsində və bu cinayətlərə cavab verməkdən eynilə bu cür yayınmaq üzrə ixtisaslaşıb. Bu da onun bir neçə günlüyə yoxa çıxmasının sizə izahı…”

Apostrof (Ukrayna)

Tərcümə Strateq.az-ındır






Fikirlər