Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “SEÇKİ DUELİ”

Yenə seçki ərəfəsindəyik... Təxminən bir ay sonra – 23 dekabr tarixində Azərbaycanda 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Fövqəladə bir hadisə olmasa, düz bir il sonra – 2020-nin elə bu ayında- noyabrda parlament seçkiləri gözlənilir... Deməli, qarşıdakı 1 ildə maraqlı siyasi hadisələrə şahid ola bilərik...
Seçkilərin episentrində təbii ki, bu prosesi həyata keçirən Mərkəzi Seçki Komissiyası (MSK) dayanacaq.

Elə Modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də MSK ilə, daha doğrusu onun sədri Məzahir Pənahovla bağlıdır.
Zaman 2005-ci ilin noyabrı... Məkan Bakı – “Hyatt Regency” oteli...
Parlament seçkiləri ərəfəsində ATƏT bu mövzuda konfrans təşkil edib.
Konfransın fasiləsində müxalifət lideri - Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov üz-üzə gəlib... Sözləri çəp gələn bu iki şəxsin dialoqu sözsüz ki, 6 noyabr 2005-ci il tarixində keçiriləcək Milli Məclisə 3-çağırış seçkilərlə bağlıdır...
Onların nə danışdığını dəqiq bilmirik, amma istisna deyil ki, söhbət normal məcradan çıxıb və tərəflər hədələyici tona qalxıblar...
İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat Partiyası o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası ilə birgə yaratdığı "Azadlıq" seçki blokunda təmsil olunurdu. O seçkilərdə Müsavat parlamentdə 5 yer qazana bildi...

 






Fikirlər