"Bəzən mənə deyirlər ki, sən gör nə qədər dəyişmisən..." – Rauf Arifoğlu
Nəticəsi ləğv edilən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu BBC Azərbaycancaya müsahibəsində maraqlı açıqlamalar verib. R. Arifoğlu deyib ki, o seçkinin nəticələri ilə razı deyil, lakin buna baxmayaraq, küçəyə çıxıb etiraz etmək fikrində deyil: "Bəzən mənə deyirlər ki, sən 2005-ci ildə belə demisən, video da qoyurlar, sonra da 2015-ci ildəki videoları yan-yana qoyurlar ki, sən gör nə qədər dəyişmisən. Adamlar anlamırlar ki, 1-ci sinifə gedən şagird 10 il sonra onuncu sinifdə oxuyur....
"AzerTaym.az" bildirir ki, o parlament seçkilərində iştirakının səbəbləri haqda danışıb, bildirib ki, Ramiz Mehdiyev olmadığı üçün bu seçkiyə ürəklə qatılıb. "Dəyişiklik havasına görə seçkilərə qatıldım. Sabotajçılarla, Eldar Mahmudovun müqavimətilə rastlaşdım. Bütün müqavimətləri aşdım, çox yüksək nəticə əldə etdim. Amma ondan sonrakı prosesə cavabdeh deyiləm".
Məndən isə tələb olunur ki, sən 2005-də nə demisənsə, onu söylə. Və siyasət adamından olan gözləntilər bir mürşiddən, təriqət liderindən gözlənilən tələblərdir: Dəyişmə, nə demisənsə, onu de, harada olmusansa, orada ol...".