"Nəfəsiniz də oğurluqdur" - Ləman Ələşrəfqızından Aqiyə Naxçıvanlıya SƏRT SÖZLƏR
"Mərkəzi Seçki Komissiyasının 117 saylı dairədə ləğv etdiyi 3 məntəqədən biri mənim qalib olduğum 30 saylı məntəqədir". Yenisabah.az xəbər verir ki, bu sözləri 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib. O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib. "Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm", - deyə o vurğulayıb. Ləman Ələşrəfqızı əlavə edib ki, adıçəkilən məntəqədə Aqiyə Naxçıvanlının qohumları da səs verib. Buna baxmayaraq, o, səs yığa bilməyib. "Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur", - deyə Ləman Ələşrəfqızı fikirlərini yekunlaşdırıb. MSK bu gün 117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçki ilə bağlı şikayətlərə baxıb.