Rəsul Quliyevdən ÇAĞIRIŞ

"Koronavirusla mübarizədə iqtidar-müxalifət kimi cəbhələr yoxdur"
Sabiq spiker Rəsul Quliyev Azərbaycan xalqına çağırış edib.
Pravda.az-ın xəbərinə görə, R.Quliyev deyib ki, dünyanı ağuşuna almış, iqtisadiyyatı sarsıtmış epidemiya hər bir vətəndaşdan bu faciəvi təzahürlə ciddi mübarizə aparmağı tələb edir.
"Bu mübarizənin nədən ibarət olduğunu soruşa bilərsiniz. İlk növbədə özünüz koronavirusa tutulmamalısınız. Bu işi görmək mümkündür. Bunun üçün nə etməli olduğunu yazmayacağam. Hər kəs nə etmək lazım olduğunu çox gözəl bilir. Əgər xəstələnsəniz, başqalarını yoluxdurmamalısınız! “Mən xəstəyəmsə, qoy qonşum da xəstələnsin” kimi eybəcər fikirlərdən uzaq olmalısınız. Xəstəlik simptomları hiss edirsinizsə, "bəlkə keçdi" düşünmədən həkimə müraciət etməlisiniz. Eyni zamanda əgər xəstə deyilsinizsə, həkimə müraciət etməməlisiniz, çünki həkimə real ehtiyacı olan insanlar var. Bu mübarizədə iqtidar-müxalifət kimi cəbhələr yoxdur. Hamı bir nəfər kimi mübarizənin iştirakçısı olmalıdır. Bu mübarizə bütün xalqın iştirak etdiyi dramatik hadisədir. Əsl həmrəylik göstərmək zamanıdır. Əminən ki, bu prosesdən də xalq olaraq güclü çıxmağı bacaracağıq" - R.Quliyev qeyd edib.






Fikirlər