Türkiyədə deputatlar 16 saatlıq müzakirədə yuxuya getdilər - FOTOLAR

Türkiyədə deputatlar 16 saatlıq müzakirədə yuxuya getdilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) iki günə yaxın Berfin Özekin (sevgilisi tərəfindən üzünə kislota tökülüb və bir gözünü tamamilə itirib) işi daxil olmaqla bir sıra cinayətlərin hökmünün icrasına dair qanun layihələri müzakirə olunub.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, parlament aprelin 12-də saat 13:00-dan dünən saat 04:30-a qədər, təxminən 16 saat işləyib.

Milli Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da gecə saatlarında sürpriz şəkildə müzakirələrə qoşulub. O, koronavirusa yoluxmaqdan qorunmaq üçün maska taxıb. 

Saatlarla davam edən müzakirələr ərzində bəzi millət vəkilləri yorğunluqdan yuxuya gedib.

 







Fikirlər