Saakaşvili: Putinin ölüm siyahısında növbəti mənəm

“Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun ölüm təhlükəsi qaçılmaz idi və bu, çoxdan gözlənilirdi".

Ölkə.Az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili yaydığı bəyanatda deyilir.

Saakaşvilinin sözlərinə görə, keçmişdə Alekseylə aralarında fikir ayrılıqları olub, lakin onun cəsarətinə və böyük istedadına heyran qalıb.

"İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram", - o qeyd edib.

Saakaşvili Qərbdən özünün də azad edilməsini xahiş edib: "Məni də xilas edin. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Ola bilsin ki, Putinin ölüm siyahısında növbəti şəxs mənəm", - bəyanatda deyilir.

 






Fikirlər