MHP-də şok: Oktay Vural istefa verdi
Türkiyənin Milliyətçi Hərəkət Partiyasından istefa olub.
AzerTaym.az APA TV-yə istinadən xəbərinə görə, partiya sədri Dövlət Baxçalıya ən yaxın şəxslərdən olan Oktay Vural istefa edib.
Oktay Vural TBMM-də MHP millət vəkillərinin qrup rəhbəri idi. O, parlamentə İzmirdən seçilib.
Mediaya sızan məlumata görə, Vural istefa ərizəsi yazmasına "belə lazım görüldü" sözləri ilə münasibət bildirib.
Xatırladaq ki, iyulun 10-da keçiriləcək qurultayda MHP-yə yeni sədr seçiləcək.