TRAMP FİKRİNİ DƏYİŞƏCƏK, DOLLAR BAHALAŞACAQ – Yeni nazirdən şok açıqlamalar

maxresdefault

Bu gün ABŞ-da prezident kürsüsünə oturacaq Trampın maliyyə naziri vəzifəsinə namizədi Stiv Mnuçin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirib.
“Marja” Bloomberg-ə istinadən xəbər verir ki, Mnuçindən dolların güclənməsi haqqında nə düşündüyü soruşulub.

Mnuçin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirərək, “ABŞ dolları, uzun müddətdir ən cəlbedici pul vahidi qalmaqda davam etdirir. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Valyutamızın çox çox güclü olduğunu və bütün dünyada insanların ABŞ dollarına investisiya qoymaq istədiyini görürsünüz. Mən seçilmiş prezident Trampın ABŞ dolları haqqındakı şərhlərinin uzunmüddətli olmadığını düşünürəm” açıqlamasını verib.

Tramp, keçən həftənin sonunda Wall Street Journal-a verdiyi müsahibəsində, Dolların Çinin Yuanın dəyərini aşağı saxlaması səbəbindən “həddən artıq güclü” olduğunu söyləmişdi. “Bizim şirkətlərimiz onlarla rəqabət apara bilmir, çünki pulumuz çox dəyərlidir. Bu bizi öldürür” – ifadəsini işlədən Tramp-ın bu şərhləri dolların zəifləməsinə səbəb olmuşdu.

 






Fikirlər