Nostradamusdan Türkiyə ilə bağlı DƏHŞƏTƏ DÜŞÜRƏN PROQNOZLAR: Yunanıstan...

Nostradamusdan Türkiyə ilə bağlı DƏHŞƏTƏ DÜŞÜRƏN PROQNOZLAR: Yunanıstan...

Fransız həkim və kahin, əsl adı “Mişel de Nostradame” olan Nostradamus günümüzdən əsrlər əvvəl (1503-1566) yaşamasına baxmayaraq, özünə tamamilə yad olan dünya haqqında etdiyi öncərgörmələrlə insanları sarsıdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Nostradamusa görə, Cənub Asiyadan sonra (2004) Türkiyədə də dağıdıcı zəlzələ olacaq.

İngilis mütəxəssislər Nostradamusun “Yüzillər” adlı kitabının üçüncü cildini belə şərh edirlər: İndoneziyada baş verən zəlzələdən sonra Yunanıstan və Türkiyədə də zəlzələlər olacaq.

Fransalı mütəxəssis Fontbrune isə belə düşünmür. Onun sözlərinə görə, Nostradamusun işarə etdiyi zəlzələ Gölcük zəlzələsi (1999-cu il avqustun 17-də baş verən zəlzələdə, rəsmi məlumatlara görə, 17 min 480 nəfər ölüb, 23 min 781 nəfər yaralanıb – red.) idi.Fransalı kahinin Türkiyə barəsində daha bir öncəgörməsi Yunanıstanda müharibə ilə bağlıdır.

Nostradamusa görə, III Dünya müharibəsi 2076-cı ildə baş verəcək. Fransız kahin hətta “böyük xaos” dövrü adlandırdığı IV Dünya müharibəsinin tarixini də proqnozlaşdırıb: 2106-cı il.

Bəzi tarixçilərin dediklərinə görə, Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonraki Napoleona “Bəstəboy” deyib. Sonrakı 300 ilin zalımı isə “Hister” adını verdiyi Hitler olub.






Fikirlər