Nostradamusun Türkiyə ilə bağlı – ŞOK proqnozu

Öngörüləri ilə tarixdə böyük iz buraxmış fransalı öngörücü Mişel Nostradamusun Türkiyə ilə bağlı şifrəli məlumatı aşkar olunub.

  AzerTaym.az xəbər verir ki, 40 il ərzində göy qurşağının görünməyəcəyini, sonrakı 40 ildə quraqlıq olacağını, daha sonra isə dünyanı sel fəlakətləri bürüyəcəyini deyən Nostradamus Türkiyədə zəlzələ olacağını proqnozlaşdırıb. Məşhur öngörücü zəlzələnin Anadolu yarımadasında baş verəcəyini və minlərlə insanın həlak olacağı xəbərini verib.

 İngilis mütəxəssislər Nostradamusun “Əsrlər” adlı kitabının üçüncü cildini belə şərh edir:

 “İndoneziyadan sonra Yunanıstan və Türkiyədə qarışıqlıq (yeraltı təkanlar) olacaq".

 Nostradamusun xəbər verdiyi zəlzələnin 1999-cu ildə olduğunu iddia edənlərdən savayı daha bir zəlzələ gözlənildiyini deyənlər də var.

 Bəzi mütəxəssislər Nostradamusun İzmit zəlzələsinə işarə verdiyini bildirir.

 Xatırladaq ki, 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə 17 min 217 adam ölüb, 43 min 959 nəfər yaralanıb, 500 min nəfər isə evsiz qalıb.

 Əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Yeraltı təkanlar nəticəsində 120 min bina tamamilə dağılıb.

 Zəlzələ Türkiyəyə 25 milyard dollar zərər vurub.






Fikirlər