“Bu portreti kiməsə göstərmə” – Atatürkdən RƏSSAMA İRAD
AzerTaym.az Moderator.az-a istinadla böyük hərbi strateq və dövlət xadimi Mustafa Kamal Atatürklə bağlı maraqlı xatirəni təqdim edir: Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadasa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb? Rəssam “xeyr” deyəndə əlavə edir: Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qala çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir? Səhvini anlayan rəssam deyir: – bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir. Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.
-Onda lütfən başqa heç kəsə göstərmə.