İlham Əliyev dünyanın ən nüfuzlu MÜSƏLMANLARI SIRASINDA
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. "Report" xəbər verir ki, ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2018") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmman şəhərindəki Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub. Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və muğam ustadı (xanəndə) Alim Qasımov da daxil olub. Bu il siyahıya Qahirənin "Əl-Əzhər" Universitetinin imamı şeyx Əhməd Məhəmməd əl-Tayyib başçılıq edir, ikinci yerdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz qərarlaşıb, ilk üçlüyü isə İordaniya kralı II Abdulla ibn əl-Hüseyn qapayır. "The Muslim 500"də həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yer alıb. Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.