Əliyevlər klanı Azərbaycan banklarındakı payını satdı

Əliyevlər klanı Azərbaycan banklarındakı payını satdıAzpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub.

BFB-nın məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub.

Bu bankın səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir.


Alqı-satqı tərəfləri barədə məlumat verilmir. Ancaq səhmdarların strukturuna baxdıqda aydın olur ki, səhm paketi məhz mətbuatın məlumatına görə hazırda ölkədə olmayan Rafiq Əliyəvə məxsus olub. 8 il həbsdə olan və prezident İlham Əliyevin əfv etdiyi Rafiq Əliyev həbsdən çıxandan sonra Azərbaycanı tərk edib. Rafiq Əliyev şəxsən səhmlərin 10,22%-ə, ona məxsus olan “Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə sahib idi.

2013-cü il üçün illik audit rəyinə görə, bankın digər səhmdarları - “NAB Holding” MMC – 40%, “Azpetrol Neft Şirkəti” MMC – 28,89% və Elçin İsayevdi– 10%.

“Bank of Baku” ASC-nin səhmdar strukturu bəlli deyil. Qanunvericiliyə zidd olaraq bank korporativ saytında bu məlumatları açıqlamır.
("Turan")






Fikirlər