ABŞ-da FETÖ-çuların HƏBSİNƏ BAŞLANILDI

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, FETÖ-ya qarşı 15 ştatda iş aparılır: “Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb. Digər ştatlarda da əməliyyatlar davam etdirilir”.

Qeyd edək ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir.






Fikirlər