Oqtay Əsədov deputatlara hirsləndi: “Bu, nə deməkdir?!”

Milli Məclisin hazırda davam edən iclasında spiker Oqtay Əsədov deputatlara irad tutub.

2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edildikdən sonra səsə qoyulub və 102 nəfər tərəfindən təsdiqlənib. Sədr hökumətə iclasda iştirakına görə təşəkkür etdikdən sonra növbəti məsələnin müzakirəsinə keçib. Bu zaman Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsini Səhiyyə komitəsinin sdəri Əhliman Əmiraslanov təqdim edib. Səsvermə zamanı isə məlum oldu ki, prosesdə cəmi 78 deputat iştirak edib. Bu isə spikeri əsəbləşdirib. O.Əsədov “100 nədər oturub, amma 78 nəfər səs verir. Bu, nə deməkdir?!

Sədrin iradından sonra təkrar səsvermə keçirilib və qanun layihəsinə 100 nəfər səs verib. (musavat .com)

 






Fikirlər