Mətbuata qarşı mübarizədə qayınanasının vəkilini işə GÖTÜRDÜ

Mətbuata qarşı mübarizədə qayınanasının vəkilini işə götürdü

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, keçmiş amerikalı aktrisa Meqan Marklın İngiltərə tabloidlərinə qarşı müharibəsi davam edir. 

AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Meqan və ailəsi barədə şəxsi məlumatların yayılması, şər-böhtan xarakterli məlumatların dərc edilməsidir. Bu qərar Meqanın atası Tomas Marklenin qızına yazdığı şəxsi məktubun dərc edilməsindən sonra verilib.

İngiltərə Ali Məhkəməsində Meqanın hüquqlarının isə Harrinin anası, mərhum şahzadə Diananın vəkili Devid Şerbon tərəfindən müdafiə olunduğu açıqlanıb. Sözügedən məlumat vəkilin hüquq şirkəti tərəfindən təsdiqlənib.

M. Marklın nəşrlərə qarşı iddiasının ilk məhkəmə prosesi ötən həftə onlayn şəkildə baş tutub. İclas 6 saat davam edib və vəkil D. Şerbon qeyd edib ki, şəxsi məktubu yayıldıqdan sonra Tomas Marklenin səhhətində ciddi problem yaranıb. Həmçinin xəbərlərin hələ də müzakirə olunması Meqan və ailəsini narahat edir.

Xatırladaq ki, Meqan Markl ötən ilin oktyabrında özü və atası Tomas Markl haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə Böyük Britaniyanın ən böyük tabloidlərindən olan “Mail on Sunday”yə qarşı iddia qaldırmışdı.

Sasseks hersoginyası nəşri atasına yazdığı şəxsi məktubdan sözlər və ifadələr çıxartmaqda və onlardan Markla qara yaxmaq üçün istifadə etməkdə ittiham edir.

 

 






Fikirlər