Ramil Usubov Səbailin rəsini işdən çıxardı
Daxili işlər naziri Ramil Usubov daha bir kadr dəyişikliyi edib. “Qafqazinfo” xəbər verir ki, nazirin imzaladığı əmrlə Səbail rayon Yol Polisi Şöbəsinin rəisi, mayor Zaur Cəfərov tutuduğu vəzifədən azad edilib. Zaur Cəfərov sərəncama götürülüb. Onun yerinə isə hələlik təyinat olmayıb. Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin keçmiş sədri Arif Qaraşovun kürəkənidir.