Tramp 2024-cü il seçkilərində qalib gələ bilər – SORĞU
Səsvermə indi keçirilsə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkidə hazırkı dövlət başçısı Co Baydenə qalib gələ bilər. Konkret.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Bostonun Emerson Kollecinin keçirdiyi sorğunun nəticələri sübut edir. Belə ki, amerikalıların 44%-i 2024-cü il üçün nəzərdə tutulan seçkilərdə Trampa, 39%-i isə Baydenə səs verməyə hazır olduqlarını bildirir. Üstəlik, Baydenə dəstək səviyyəsi may-iyun ayları ərzində üç faiz azalıb. May ayında sorğuda iştirak edən amerikalıların 42%-i seçkidə hazırkı prezidenti dəstəkləməyə hazır idilər. Eyni zamanda, respondentlərin daha 12%-i 2024-cü il seçkilərində başqa namizədə səs verməyə üstünlük verəcəyini bildirib. Sorğu iştirakçılarının qalan hissəsi qərarsız olub.
Sorğu 28-29 iyun tarixlərində ölkə üzrə 1200 amerikalı arasında aparılıb.