Sabiq nazir aylıq 399 avroya satdırdığı həmin proqramla istənilən şəxsin kiminlə nə danışdığını, habelə harada yerləşdiyini müəyyən etmək mümkündür
İki həftə öncə işdən çıxarılan sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir biznesi üzə çıxıb.
Keçmiş nazir bir neçə il imiş ayrı-ayrı şəxsləri dinləmək üçün nəzərdə tutulmuş xüsusi proqramların satışını həyata keçirirmiş.
Məlumatlı mənbənin sözlərinə görə, həmin proqramlar xarici xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq, yalnız ayrı-ayrı ölkələrin mili təhlükəsizlik qurumlarına satılır. Proqramın bir aylıq istifadə qiyməti 399 avro olsa da, bir illik paket alındığı təqdirdə məbləğ 2000 avroya enir.
JAM.AZ-a danışan mənbə vurğulayır ki, həmin proqramın önəmli cəhəti mobil telefon vasitəsi ilə istifadə oluna bilməsidir. Belə ki, sözügedən proqram təminatı sayəsində istənilən şəxsin telefonuna bircə dəfə zəng etmək kifayət edir ki, onun kiminlə, hansı nömrəylə danışdığını, habelə harada olduğunu müəyyən edəsən. Bunun üçün qarşı tərəfin telefonu götürüb, götürməməsi də mühüm deyil. Önəmli olan bircə dəfə zəng edilməsidir.
Məlumata görə, Eldar Mahmudov həmin proqramdan Milli Təhlükəsizlik sahəsində istifadə etmək əvəzinə, onu fərdlərə də satıb. Və ayda 399 avroya satılan həmin proqramlardan konkret olaraq imkanlı şəxslərin istifadə etdiyi dəqiq bilinir. Lakin onların kimliyi hələlik heç kimə məlum deyil.
Ekspertlər bununla bağlı deyir ki, əgər Eldar Mahmudov belə bir işə qol qyubsa, bu kifayət qədər təhlükəli məsələdir. Onların sözlərinə görə, bu cür proqramm təminatlarının məmurların, hətta sıravi vətəndaşların əlinə keçməsi olduqca təhlükəli məqamlara yol aça bilər.(Azərtaym.az)