"Güc hiss etməsə, heç kim heç bir yerdən elə-belə getmir" - Zelenski

"Bu qərar Rusiya ordusunun böyük problemləri olduğunu təsdiq edir..."

"Bu, ukraynalıların igidliyi, məqsədyönlülüyü, qətiyyəti və onlara gələcək dəstəyin vacibliyini göstərir..."
 
"Düşmən bizə hədiyyə etmir, "xoş məram" göstərmir, bütün bunları biz mübarizədə əldə edirik..."
 
Bayden, Stoltenberq və Zelenski Rusiya qoşunlarının Xersondan çıxarılmasını şərh edib
 
ABŞ prezidenti Co Bayden Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin sağ sahilindən geri çəkilməsini şərh edib. Ağ ev rəhbərinin fikrinə görə, bu, Rusiya ordusunun işlərinin tamamilə pis olduğundan xəbər verir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, noyabrın 9-da Konqresə aralıq seçkilərin nəticələrinə həsr edilən mətbuat konfransında ifadə edib. Məlumatı "Fokus" internet nəşri yayıb.
 
Bayden qeyd edib ki, Moskvanın Xersondan geri çəkilməsi barədə bəyanatı tamamilə gözləniləndir.
 
"Hər şeydən öncə, maraqlısı odur ki, onlar bu qərarı seçkilər (ABŞ Konqresinin hər iki palatasına) bitənədək gözləyib, biz isə belə qərar verəcəklərini bilirdik. Bu qərar Rusiya ordusunun böyük problemləri olduğunu göstərən faktın təsdiq ediməsidir, - Bayden deyib.
 
Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya qoşunlarının Xersondan çıxarılması Alyansın Ukraynaya effektiv yardım göstərməsinin sübutudur, CNN  məlumat verib.
 
"Bu, Ukrayna Silahlı Qüvvələrinin igidliyi, məqsədyönlüyü və qətiyyətini və onlara gələcək dəstəyin vacibliyini göstərir", - Stoltenberq deyib.
 
"Ukrayna Silahlı Qüvvələri döyüşçülərinə qabaqcıl hərbi texnika ilə davranmağın öyrədilməsi ilə Ukrayna hərbi qulluqçularının igidliyi Rusiyanın zəbt etdiyi əraziləri azad etməyə imkan verəcək, məhz bunu biz Xerson ətrafında müşahidə etməkdəyik", - NATO-nun baş katibi qeyd edib və əlavə edib ki, Xerson istiqamətində uğurlara rəğmən, Kremlin imkanlarını görməzdən gəlmək olmaz.
 
"Rusiyanın əvvəlkitək hərbi potensialı çoxdur. Biz raket atəşlərini, pilotsuz uçuş aparatlarının Ukrayna şəhərlərinə, mühüm infrastrukturuna və elektrik stansiyalarına hücumlarını görmüşük. Ona görə də müharibə bitməyib və biz Rusiya Silahlı Qüvvələrinin qəddarlığını görməzdən gələ bilmərik", - o, deyib.
 
Öz tərəfindən Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 9-da axşam videomüraciətində  ukraynalılardan həddən artıq sevinc hisslərini cilovlamağı xahiş edib, çünki müharibə bitməyib və "Ukrayna hərbçilərinin irəliyə doğru atdığı hər bir addım həmişə qəhrəmanların həyatlarının itkisi deməkdir".
 
"Ona görə də biz çox səliqəli, emosiyasız, əlavə risklər olmadan irəliləyirik. Bunu bütün torpaqlarımızın daha az itkilərlə azad edilməsi naminə edirik. Məhz bu cür biz Xersonu, Kaxovkanı, Donetski, başqa şəhərlərin azad edilməsini təmin edəcəyik", - Zelenski bəyan edib və vurğulayıb ki, gücü hiss etməsə, heç kim heç bir yerdən elə-belə getmir. 
 
"Düşmən bizə hədiyyə etmir, "xoş məram" göstərmir. Biz bütün bunları mübarizədə əldə edirik", - Zelenski bəyan edib.
 

 

"Mən düşməni bizim əməliyyatların bütün detalları ilə, təbii ki,  "qidalandırmaycağam". Cənubda və ya şərqdə, daha haradasa nəticə olacaqsa, hər kəs bunu görəcək. Bu, mütləq baş verəcək", - Ukrayna prezidenti vəd edib.






Fikirlər