Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur, təkcə törədilən təxribatla yox, həm də verdikləri bəyanatlarla.
Qondarma "dövlət naziri” Qurgen Nersisyan iddia edir: "Azərbaycan tərəfi qurbanlar verdi və geri çəkildi, "arsax” ərazi itkisi verməyib”.
Separatçı rejim bəyan edir: "arsax” rəhbərliyi orduya istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verib”.
Mövcud vəziyyətdə bu qədər sərt ritorika təkcə ictimai rəyə hesablanmış kimi görünmür, həm də arxayın olduqları nəsə var və aydındır ki, bu ritorikanın arxasında Rusiya dayanır. Çünki gərginlik "təmasların qurulması” perspektivi fonunda separatçılara da, ruslara da sərf edir. Hərçənd, Bakının nəticəsiz gərginliyə getməyəcəyi, cavabının Qarabağdakı mənzərəni tamamilə dəyişdirəcəyi ehtimalı daha çoxdur.
Asif Nərimanlı
Fikirlər