Son günlər Azərbaycanın dahi xalq şairi, Azrbaycan poeziyasının incisi, öz poetik duyumu və vətənpərvərliyi ilə xalqın qəlbində taxt qurmuş Səməd Vurğuna qarşı qərəzli şəkildə ləkələmə, gözdən salma kampaniyasına başlanılıb.
Belə ki, ötən həftə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az- a müsahibəsidə Səməd Vurğunu mənasız şair adlandıraraq heç bir fakta, sənədə söykənmədən onu öz qələm dostlarını satmaqda ittiham edib. Maraqlıdır, bu müsahibənin yaratdığı etiraz və qalmaqal səngiməmiş Kulis.az daim Səməd Vurğun əleyhinə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb. Və yazıda xalq şairi növbəti dəfə aşağılanıb.
Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:
"Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. "Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç "Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır". Əlbəttə, xalq şairinə qarşı bu cür qərəzli münasibət, onun ləkələnməsinə yönəlik hansısa mərkəzdən idarə olunan proseslər cəmiyyətdə əksər sadə, sivil vətəndaşlar, deputat, alim və müəllimlər arasında ciddi narazılqılara səbəb olub.
Səməd Vurğuna qarşı başladılan qarayaxma kampaniyasını pisləyən tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Sherg.az"-a açıqlamasında bunları deyib:
Müəyyən adamlar var ki, sifariş yerinə yetirirlər. Sifariş də odur ki, Azərbaycanda bəzən türkləri gəlmə xalq kimi qələmə vermək, onları müxtəlif millətlərdən yaranmış bir millət kimi təqdim etmək istiqamətində işlər aparırlar. Bir qisim də Azərbaycanda dövlətçilik ənənələrinin olmaması xəttini təbliğ edir. Digər bir qisim isə Azərbaycanın tarixi şəxsiyyətlərinə ləkə, qara yaxmaqla məşğuldur. Qədim zamanlardan orta əsrlərə qədər, Babək, Xətai, Məhəmməd Əmin, Rəsulzadə və Atatürkü qaralamaqla məşğuldurlar. İndi onların içərisində ədəbi şəssiyyətləri də ləkələməyi də gündəmə gətirənlər var. Bunların hamısı sifarişlərdir və onu edənlər də o sifarişin icraçılarıdır. Bəzən bir qisim isə küyə düşüb, onların dəyirmanına su töküb işə salır.
Tarixi və ədəbi şəxsiyyətləri ləkələməyə çalışanlara fikri versəniz görərsiniz ki, onların heç bir həmin dövr üzə mütəxəsis deyil. Amma bu dövrün mütəxəsisləri var. Heç eişitmisinizmi ki, həmin dövrün araşdırmaçısı olan bir mütəxəsis Səməd Vurğunla bağlı o ifadələri işlətsin. Belə arzuolunmaz ifadələri səsləndirənlər 3-4 kitab oxumaqla meydana atılanlardır. Onlar guya ki, rəy formalaşdırırlar. Əslində bununla gündəmdə qalmağa çalışırlar. Gedin, birinci Səməd Vurğunu oxu, diqqətlə araşdır, gör nələr görəcəksən və öyrənəcəksən.
Deyim ki, Səməd Vurğuna ən böyük qiyməti Məhəmməd Əmin Rəsuzladə verib. "Əsrimizin Səyavuşu"nun axırıncı səhifələrində bizm o dövrün ədiblərindən Səməd Vurğundan və başqa ədiblərdən söz açılır. Rəsulzadə onlara minnətdarlıq edib ki, onun adını gündəmə gətiriblər. Onların adları ilə bağlı baş verən hadisələrə münasibət bildirirlər. "Zəncinin arzuları"nda Zəncinin adı ilə Səməd Vurğunun özü danışır. Bolşevizmin törətdiyi vəhşilikləri tənqid edir. Bu adamlar doğrudan da Səməd Vurğunu oxumayıblar. Səməd Vurğun 1918-ci il hadisələrindən biri səhnəni qələmə alır və bir yığıncağı təsvir edir. və deyir :
- Şarlatan!
- Afərin! –
Rəhbərə bir bax! –
Vətəni yadlara bunlar satacaq!
Bəziləri bu misraları M.Ə.Rəsulzadəyə aid edir. Amma siz gedib o poemanı oxuyun. Səməd Vurğun Azərbaycanda mücadilə aparan, vuruşan isanların dili ilə bolşeviklərə üz tutur. Bax, bunu oxumadan duymadan götürüb bu misraları Səməd Vurğunun M.Ə.Rəsulzadəyə qarşı olduğunu iddia edirlər. Amma bu belə deyil. Onlar Səməd Vurğunun yaşadığı dövrdə yaşasaydılar, bir gün də dözə bilməzdilər. Səməd Vurğunu qınayanlar elə insanlardır ki, 1,2 qəpik pul versən, hər şeylərindən keçərlər.Bunların hamısını görə-görə gəlmişəm".
D.Əzimli diqqətə çatdırıb ki, S. Vurğun Azərbaycan türk dilinin gözəlliyini verən , Azərbaycan ədəbi mühitində ana dilində, xalq dilində yazan, xalqı öz dili ilə sevə-sevə təsvir edən bir şair olub:
"Bir şair göstrən ki, onun şeir və poemaları qədər oxunsun. Adam var ki, onun poemalarını əzbər bilir. Səməd Vurğunun "Ceyran" şeiri bəs edir ki, onun nəhəngliyini hiss edəsən, duyasan. Onun nəhənliyi bax budur. Vaqif də elədir. Vaqifə böhtan atan adam unutmamalıdır ki, XIII, XIV əsrlərdən başlayaraq oyanan türk ədəbi mühitin mühitində yetişmiş şair kimi Vaqif meydana çıxır. Amma Vaqifin fərqi odur ki, Vaqif xalq dilində daha gözəl yazıb. Vaqif Azərbaycan ədəbi mühitində aydır, günəşdir. ulduzdur. O bizə nur saça-saça gedir. Cəlaloğlu, sən bunu qiymətlədirməlisən ! İkincisi, Qarabağ xanlığının Rusiya ilə apardığı danışıqlarda Vaqifin adı keçmir. Vaqif hansı danışıqlarda iştirak. edib ? Vaqif nəyi və necə bilərdi axi ? Bu o dövr idi ki, Azərbaycan xanlıqlara bölünmüşdü. Təbii bir proses gedirdi. Səfəvilər imperiyası parçalanandan sonra Nadir Şahın imperiyası gəldi və Səfəvilərin bayrağı altında Azərbaycana daxil oldu. Nadir şah bütün Turana sahib olmaq niyyətində idi.
Onun ardınca da Qaçarlar gəldi. Onlar da Səfəvilərin bayrağını gəzdirirdilər. Qacarın dövründə Azərbaycan əraziləri xanlıqlara parçalanmışdı. Bu xanlıqların özləri də Qacar xanədanından idi. Qarabağ xanlığı da Qacar xanədanlığına məxsus idi. Onların hər biri lider olmağa çalışırdı. Həmin xanlıqlardan biri də Qarabağ xanlığı idi. Qarabağ xanlığı çox möhtəşəm bir xanlıq olub. Bu xanlıq Pənahəli xandan başalayaraq Azərbaycanın birləşdirilməsi uğurunda mücadilə aparıb. Sadəcə olaraq İbrahimxəlil xan güman edirdi ki, Rusiyadan istifadə etməklə niyyətinə çata bilər. O dövrün proseslərinə nəzər salanda görürük ki, bu, adi bir şeydir. Bu dövrdə hər hansı bir xan məqsədinə çatmaq üçün qonşu dövlətin gücündən istifadə etməyə çalışıb. Bu gün oturub o dövrdən danışmaq asandır, amma o dövrdə hər şey çox çətin olub.
Sərdar Cəlaloğlu ortaya fakt, sənəd, sübut qoya bilmirsə, kimisə ittiham etməyə haqqı çatmır. Qarabağ xanlığının satılması anlayışının özü doğru deyil. Bu nə sözdü ? Oranı kim sata bilərdi ? O vaxt Qarabağ xanlığı gördü ki, farslar xəyanət yolunu tutub. Şuşa qalasına hücum edib, insanları qırıblar, qalanı ələ keçiriblər, toplara sahib çıxıblar. Bundan sonra vəziyyət dəyişdi. Vəziyyət dəyişəndən sonra artıq xanlıq Kürəkçay da müqavilə bağladı. Vaqif Qarabağ xanlığında nə dərəcə yüksək səlahiyətli şəxs idi ki, Qarabağ xanlığını da satsın ? Bu cəfəngiyyatla insanların marağına səbəb olmaq istəyirlər. Bu cür insanlar hansı niyyəti, məqsədi güdürlər? "Vaqif Qarabağı satdı" nə deməkdir, mən başa düşmürəm. Bu cür ifadələrlə gündəmə gəlmək, Azərbaycan tarixinə ləkə salmaq, Vaqifə çamur atmaq tarixi və ədəbi mühiti bilməzlikdən irəli gəlir. Bu adamlara məsləhət verərdim ki, öz işləri ilə məşğul olsunlar. Həkim gedib həkimliyi ilə məşğul osun.
Tarix tarixçinin, ədəbiyyat isə ədəbiyyatçınındır. Müstəqillik əldə edəndən sonra tariximizə, ədəbiyyatımıza baxış dəyişib. Bu mənada belə məsələlərdə ciddi olmaq lazımdır. Mütəxəsis sözünə ehtiyac var. Təsəvvür edin ki, həmin dövrün, sahənin mütəxəsisi bir yanda qalıb, ittihamçılar dünyadan çıxıb. 2-3 kitab oxuyurlar və cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Qarabağ xanlığından danışan adam Qarabağ xanlığının həmin dövrdə yaşadıqlarını nəzərə almalıdır.
Qarabağ xanlığının Osmanlı imperiyasına və Rusiyaya olan münasibətərini nəzərə almalıdır. Bunu dərk etməyə nə var ki. Bir işğalçı gəldi və Qarabağ xanlığının ona gücü yetmədi. Buna görə də həmin dövrdə Azərbaycanın birləşdirilməsi baş tutmadı. Vaqifin Qarabağı satmasına dair məlumatları hansı mənbədən oxuyublar ? Hansı qaynaqdan yararlanıblar ? Qarabağ xanlığının Rusiya ilə apardığı danışıqlarda Vaqifin rolunu faktla , sübutla təqdim elə. Vaqif orada neynəyib, nə danışıb, bu barədə ortalığa sənəd qoy. Qoya bilmirsənsə, ağlına gələni danışma! Hansı mənbə əsasında bu ifadəni işlədirsən. Onuda deyim ki, medianın bu cür hadisələrə reaksiyası və ziyalıların mövqeyini cəmiyyətə təqdim etməsi yaxşı haldır"