AVROPA Parlamentinin VİTSE-SPİKERİ QÜDRƏT HƏSƏNQULİYEVLƏ GÖRÜŞÜB

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) tamhüquqlu üzv olduğu Avropa İslahatçıları və Mühafizəkarları Alyansının (Alliance of Conservatives and Reformists in Europe - ACRE) təmsilçiləri - Avropa Parlamentinin vitse prezidenti Riçard Çarneçki, Avropa Parlamentinin Böyük Britaniyadan və Polşadan olan deputatları David Kampbell Bannerman və Kosma Tadeuş Zlotovski BAXCP-nin mənzil-qərargahında olublar və partiyanın sədri Qüdrət Həsənquliyevlə görüşüblər. 

Partiyadan daxil olan məlumata görə, Qüdrət Həsənquliyev partiyanın tərəfdaşlarını və dostlarını BAXCP-nin mənzil-qərargahında salamlamaqdan məmnun olduğunu bildirib. Görüşdə BAXCP-nin ACRE ilə əməkdaşlığının gələcək perspektivləri, Alyansa üzv olan partiyalar arasında əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin iştirakı, irəli sürdüyü təşəbbüslər də digər məsələlər ətrafında geniş müzakirə aparılıb. 
BAXCP sədri, eyni zamanda qonaqları maraqlandıran bir sıra sualları da cavablandırıb. Görüşdə Avropa Parlamenti vitse-spikerinin kabinetinin direktoru Beata Sobkieviç, BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.

AzerTaym.az






Fikirlər