Azərbaycan və Somali arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir
Bu siyasət də öz növbəsində Azərbaycanın nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Qızxanım QƏHRƏMANOVA, professor
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır.
Bu gün Azərbaycanın müttəfiqlik səviyyəsində münasibətlərinin sürətlə dərinləşdirdiyi dost ölkələrin sayı artmaqda davam edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Qarşılıqlı səfərlər, müxtəlif mövzularda bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən tədbirlər əlaqələrin inkişafında mövcud imkanların təhlilinə geniş imkanlar yaradır. Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Bu imkanları qiymətləndirmək üçün təkcə son illərdə Prezident İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir.
Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturun yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Azərbaycan və Somali arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir.
Xüsusilə 12 fevral 2025-ci ildə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir.
İki ölkə arasında imzalanan yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları, təhsil, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlər hərtərəfli əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun mətbuata verdikləri bəyanatlar, iki ölkə arasında imzalanan sazişlər xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrin inkişafından, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açıldığından xəbər verir.
Beləliklə, iki ölkə arasında imzalanan yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları, təhsil, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlər hərtərəfli əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının bariz nümunəsi kimi iqtisadi, siyasi, təhsil və enerji sahələrində əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı fayda gətirəcək və onların beynəlxalq arenada strateji tərəfdaşlığa çevrilməsinə imkan yaradacaqdır.
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,