ATV geri çəkildi - “qabağa düşmək” üçün...

ATV geri çəkildi - “qabağa düşmək” üçün...

ATV-nin “Yoxlama” verilişinin plagiat olması mövzusu artıq neçə müddətdir ki, medianın əsas mövzularından birinə çevrilib. Proqram əməkdaşlarının obyektlərə icazəsiz daxil olması, sahibkarları şantaj etməsi,  bir-çox hallardasa dava-dalaş həddinə çatması isə bu verlişi zaman-zaman gündəmə gətirir. 

Bir həftə öncə isə proqramın sahibi sayılan Ukraynanın “Noyıy kanal” və Rusiyanın “Pyatnitsa” kanalı rəhbərlərinin ATV rəhbərliyinə ünvanladıqları məktub mətbuatda dərc olundu.
Məktubda kanal rəhbərləri ATV-dən oğurluğa son qoymağa əks halda məhkəməyə üz tutacaqlarını bəyan etmişdilər. Lakin buna əhəmiyyət verməyən ATV yenə də öz fəaliyyətinə davam eləmişdir. Bu həftənin Bazar ertəsi isə adı çəkilən kanalın rəsmi təmsilçiləri Bakıya gəlmişdilər. 
İlk olaraq yerli jurnalistlərin də iştirakıyla həmin axşam efirə gedən “Yoxlama” proqramı xüsusı avadanlıqla fiksə olunub aktlaşdırıldı (bu Avropa məhkəməsinin tələb etdiyi dəlildir). Səhərisi gün isə vəkillərlə söhbət aparıldı və Ukrayna səfirliyinə yollanıb məsələylə bağlı məsləhətləşmələr edildi. Səfirlik isə öz növbəsində  ATV rəhbərliyini baş verənlərlə bağlı məlumatlandırdı. Və başlandı. ATV prezidenti Vüqar Qaradağlı heç nədən xəbərdar olmadığını, bütün problemləri həll etməyə hazır olduğunu bildirərək ukraynalı qonaqları sabah qəbul etməyə hazır olduğunu söylədi. 
Ona kanal nümayəndələrinin bu gecə yola düşəcəkləri bildiriləndə Qaradağlı bütün xərcləri (otel, avibilet və.s) ödəməyə hazır olduğunu bildirərək qonaqları  görüşə razı sala bildi. Bundan sonra kiyevli müsfirlərə “Gəncıli Palace” də lüks nömrələr tutulur və biletlər bir gün sonraya dəyişdirilir.  Ayın 27-si saat 11də isə ATV rəhbərinin otağında qəbul nəhayət ki, baş tutur. Çox qəribədir ki, TV rəsmiləri və səfirlik nümayəndələri qarşısına Qaradağlı öz qaynı Rauf Dadaşovla çıxır. Görüşdən sonra qonaqların şərəfinə ziyafət, hədiyyələr  və.s. Ukraynalı qonaqlar çox məmnun qalır. (bunun niyəsi barədə bir qədər sonra). Çünki bütün şərtləri artıqlamasıyla qəbul olunub. Qarşı tərəf də özünü məmnun göstərməyə çalışır. Ən azından məhkəmə və beynəlxalq qalmaqldan qurtula bildiyinə görə. Görüşdən sonra elə ATVdəcə ATV.AZ a aşıqlama verən “Noviy kanal”ın Hüquq Departamentinin rəhbəri deyir. 
”Aramızda olan bütün anlaşılmazlıqlar yoluna qoyuldu. Biz “Revizor” proqramının digər ölkələrdə də yayımlanmasında maraqlıyıq. Ümidvaram ki, əməkdaşlığımız uğurlu olacaq.” İndisə STOP. Gəlin görək qonaqların bu proqrmın ölkə xaricində də yayımlanmasında  maraqlı olmasına səbəb nədir. Əvvəla onu qeyd edək ki, “Noyiy kanal” Ukraynada “xəbərlər buraxılışı” olmayan, sırf əyləncə və şou profilli , gənc bir kanldır  və reytinq pillələrində onuncular sırasında yer tutur.  
Və “Revizor” proqramı da baxılan verilişlər sırasında heç də öndə deyil. Proqramin 6 il ərzində yayımlanması dövründə yalnız Rusiyanın (yenə də elə də populyar olmayan) “Pyatnitsa” kanalı tərəfindən yayım icazəsi alması da buna əyani sübutdur. Və bu da təbiidir- sıravi  vətəndaşın təbii ki, saat yarım ərzində kiminsə çirkli mətbəxt və tualetdə qurdalanmsına baxmaq həvəsi olası deyil. Ona görə də heç bir özünə və tamaşaçısına hörmət qoyan TV bu layihəyə pul xərcləmir. ATV isə məlum məsələlərə görə bu cür məqamlarda tamaşaçısını deyil öz mənfəətini güdür. Az qala hər həftə maliyyə çətinliyi ucbatından peşəkar işçilərini ixtisara salan kanal rəhbərliyinin bir ətək xərc çəkib bu cür lazımsız proqramı almaqda hansı məqsəd güddüyüsə aydındır. Hər proqramında dəfələrlə “biz bu verilişi hazırlamaqda heç bir maddiyat  güdmürük. Məqsədimiz yalnız xalqa təmənnasız xidmət etməkdir” pfosunu söyləyənlər  ilinə 50 min dollar (“Revızor”un lisenziya qiyməti bu qədərdir) verib proqram açmaqda nə qədər səmimi görünürlər sizcə. 
Amma “Noyiy kanal” ın ustalıqla hazırladığı tələyə düşən ATV zorən də olsa buna məcburdur. Çünki iş məhkəməyə düşsə hansı biabırçılıqla başbaşa qalacağınğ təsəvvər etmək heç də çətin deyil. Ona görə də qarşı tərəfin bütün şərtlərini qeyd-şərtsiz qəbul etmək məcburiyyətində qaldı. Görüşdən sonra təəssüratlarını bizimlə bölüşən “ Noyiy kanal”ın hüquq departamentinin rəhbəri Katerina Maroz çox məmnun görünürdü. “ ATV kanalınin rəhbəri heç nədən xəbərsiz olduğunu (aman Allah) bildirdi və bütün şərtlərimizi qəbul etdi. Onlar yeni mövsümə (yəni sentyabra ) qədər “Yoxlama ” və bir-sıra onlara maraqlı gələcək proyektlərimizə lisenziya alacaqlarına söz verdilər və ümidvar olmaq istərdim ki, vədlərinə əməl edəcəklər. Onlar, elə biz də məsələnin hüquq müstəvisinə cıxmasında maraqlı deyilik. Ümidvaram ki, əməkdaşlığımız səmərəli olacaq”. 
Sitatın sonu. Bax beləcə, heç kəsə lazım olmayan proyekt ATV-yə sırındı. Özü də ilin-günün bu vaxtında...  
Və sonda; Ölkə prezidenti az qala bütün çıxışlarında lazımsız yoxlamaların dayandırılması və turizmin inkişafı barədə göstərişlər verir. Qarşılığındasa  ATV rəhbəri kütləvi yoxlama aparmaq üçün bir ətək pul xərcləyib lisenziya alır. Bu baxımdan cənab Qradağlıya bir sualla müraciət etmək istərdim;- Hörmətli Vüqar müəllim, siz də bilirsiniz ki, dövlətimiz turizin inkişafı və reklamı üçün milyonlarla vəsait sərf edir. (hətta Euronews kanalında belə reklam çarxları nümayiş olunur)  ATV isə sputnik vasitəsiylə bütün dünyaya yayımlanır və  pespublikamızdakı ıaşə  xidmətinin nə qədər bərbad gündə olmasını göstərir. Sizcə “Yoxlama”nın göstərdiyi restoran və otelləri görən hansısa əcnəbi ölkəmizə səfərə gələrmi? 
 






Fikirlər