Rusiyadan DƏHŞƏTLİ SİLAH – müdafiə sistemləri gücsüz qalacaq
Rusiyada 2020-ci ilə qədər səs sürətindən 6-7 dəfə sürətlə uçan raketlər hazırlanacaq. Publika.az xəbər verir ki, bunu “Taktik raket silahlanması” korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov “Rambler News Service” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu cür raketlərin yaradılması hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə zəiflədəcək. Xatırladaq ki, Boris Obnosov 2014-cü ilin mayında hipersəsli silahların yaradılması proqramını elan edib. O, bu silahların 2020-ci ilə kimi yaradılacağına söz verib. Proqramın hazırlamasında bir neçə elmi-tədqiqat və sənaye müəssisəsi iştirak edir. 2002-ci ildə formalaşdırılan “Taktik raket silahlanması” korporasiyası qeyri-strateji zərbə raket sistemləri, “hava-hava” raketləri və bir sıra başqa silah növlərinin istehsalçılarını birləşdirir. Korporasiya Rusiya və dünyada hipersəsli aparatlar üzrə tədqiqat və eksperimental dizayn işlərinin liderlərindən biridir.