“Hədəfimiz NATO-ya üzv olmaqdır”
"AzerTaym.az" bildirir ki,bu barədə ans.press məlumat verib.Belə ki,Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən əsas stategiyalarının NATO-ya üzv olmaq olduğunu bəyan edib.
O, çıxışında ölkəsinin müdafiə potensialı ilə bağlı əlavə tədbirlərin görülməli olduğunu, bu məqsədlə ordu birləşmələrinin müxtəlif bölgələrə yerləşdirilməsinin, xüsusən də Mariupol, Berdyansk və bütün Azov dənizi hövzəsi regionunda ola biləcək hücumların qarşısını almaq üçün gücün artırılmasının vacibliyini vurğulayıb.
Bundan başqa, Ukrayna prezidenti müdafiə və təhlükəsizlik sahəsində NATO-ya üzv olmaq istiqamətində apardıqları siyasətdən danışıb: “Gələcək strategiyamız Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü təmin etməkdən ibarətdir.”