KEÇMİŞ MƏMURU PUTİNİN planlarını İFŞA etdi
Rusiya Dəmir Yolları İdarəsinin keçmiş rəisi Vladimir Yakunin prezident Vladimir Putinin yaxın ətrafında dəyişiklik edəcəyini bildirib. Azərtaym.az xarici mətbuata istinadən xəbər verir ki, Yakunin bunu «Bloomberg»ə müsahibəsində deyib. Bir vaxtlar Putinin yaxın adamlarından biri olan Yakunin Rusiya prezidentinin Çar dövründəki kimi hakim sinif yaratmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu planın reallaşması illər ala bilər. Yakunin rusiyalı oliqarxlarla da xəbərdarlıq edib: «Oliqarxlar mülkiyyət və imtiyazlarının əbədi olacağını düşünürlərsə, çox yanılırlar. Bütün bunlar Putindən asılıdır. Boris Berezovski və Vladimir Qusinskinin aqibətini unutmasınlar». Yakunin vəzifədən şəxsi qərarı ilə getdiyini deyir. «Bloomberg» isə hesab edir ki, keçmiş məmur oğlu Britaniyadan vətəndaşlıq aldığı üçün Putinin "qara siyahısına" düşüb.