“Bölgələrdə balıq tutmaq üçün süni göllər yaradılmasının qarşısı alınır” - Hüseyn Bağırov
“Bəzi bölgələrdə balıq tutmaq üçün yaradılan süni göllərin qarşısı alınır”.
APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, Azərbaycanın bəzi rayonlarında insanlar balıq tutmaq üçün süni göllər yaradırlar: “Bunlarla əlaqədar milyon manatlarla cərimələr tətbiq olunub, yüzlərlə belə göllər dağıdılıb və torpaq bərpa olunub. Bu proses indi də davam edir”.