GUBAD İbadoğlu MSŞT Beynəlxalq İdarə Heyətinə tam hüquqlu üzv seçilib

 

İqtisadçı Gubad İbadoğlu üç il ərzində Benəlxalq təşkilatda azərbaycandan yeganə təmsilçi olacaq. Modern.az saytı xəbər verir ki,  iqtisadçı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü  (MSŞT) Beynəlxalq İdarə Heyətinə tam hüquqlu üzv seçilb.<p">

 Q.İbadoğlunun sözlərinə görə, 2016-2019-cu illərdə beynəlxalq İdarə Heyətində Avrasiya regionunun  Azərbaycandan yeganə təmsilçi  olacaq: “Bildiyiniz kimi xüsusilə bu il və ümumiyyətlə isə qarşıdakı illə Azərbaycan və region üçün çox önəmli qərarlar veriləcək. Odur ki, mənim və bütövlükdə bizim üzərimizə xeyli məsuliyyət və iş düşür. Əminəm ki, bu illər ərzində də Azərbaycanda, regionda   və  beynəlxalq səviyyədə MSŞT-nin tətbiqinə töhfə verəcəyik”. 

Qeyd edək ki, bu günlərdə  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib. Məlumata görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub. O Avrasiya regionundan namizəd idi. Təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb. 






Fikirlər