Bakıda DƏHŞƏT: sürücülər zərbədən havada fırlandı - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkə.Az xəbər verir ki, qırmızı işığın tələbini pozan sürücü 4 hərəkət iştirakçısının toqquşamasına səbəb olub. İki motosiklet sürücüsü zərbənin gücündən havada dövrə vuraraq yerə çırpılıblar. Görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. Digər qəzada isə motosiklet sürücüsü qırmızı işığın tələbini pozduqdan sonra hadisə baş verib.