Zelenskinin impiçmenti üçün spikerə müraciət edildi - SƏNƏD

Zelenskinin impiçmenti üçün spikerə müraciət edildi - SƏNƏD

Ukrayna prezidenti Volodimir Zelenskinin impiçmentinə başlanması tələb edilib.

AzerTaym.az ölkə.az-a istinadən xəbər verir ki, Ali Radanın deputatı Oleksandr Dubinski belə bir bəyanatla çıxış edib.

Rada spikerinə müraciətində o qeyd edib ki, bunun əsası onun Ağ Evdəki “diplomatik uğursuzluğu” olub, nəticədə Ukrayna ABŞ-nin qeyd-şərtsiz dəstəyini itirib.

"Bu gün, 3 mart 2025-ci ildə mən Ali Radanın sədri Ruslan Stefançuka prezident Volodimir Zelenskiyə qarşı impiçment proseduruna başlamaq üçün rəsmi sorğu göndərdim.

Bunun əsası onun Ağ Evdəki diplomatik uğursuzluğu olub, nəticədə Ukrayna ABŞ-ın qeyd-şərtsiz dəstəyini itirib. Bu uğursuzluq səriştəsiz idarəçiliyin, dağıdıcı xarici siyasətin, müxalifətin repressiyalarının və hakimiyyətin mənimsənilməsinin nəticəsidir", - deyə o bildirib.






Fikirlər