Komitədə yeni təyinatlar: İLHAM Zəkiyevə VƏZİFƏ verildi
Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib. Komitədən AzerTaym.az daxil olan məlumata görə,V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə İlqar Rəhimov (Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini-redak), prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər. Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub. Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.