Türkiyədə klub prezidenti və futbolçu GÜLLƏLƏNDİ

Türkiyədə klub prezidenti və futbolçu GÜLLƏLƏNDİ

Türkiyənin futbol üzrə 2-ci liqasının qırmızı qrupunda mübarizə aparan “Kastamonuspor 1966” klubunun binasında atışma baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, klub prezidenti Eren Uzun və futbolçu Saleh Sefercik ayaqlarından vurulub.

Onların hər ikisi Kastamonu Dövlət Xəstəxanasına yerləşdirilib. Klub prezidenti və futbolçunu vuran şəxsin masajçı olduğu bildirilir. O, bir müddət əvvəl işdən çıxarılsa da, sonradan yenidən klubda işləməyə başlayıb.






Fikirlər