"SALAHI mən satmamışam" - MOURİNYO

"Salahı mən satmamışam. Əksinə, onunla müqaviləni mən bağlamışdım".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, bunu "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Çelsi"yə rəhbərlik etdiyi vaxt Məhəmməd Salahdan imtina etməsinə dair xəbərlərə münasibət bildirərkən deyib. Portuqaliyalı mütəxəssis misirli hücumçunun İtaliya "Roma"sına gedişində rolunun olmadığını iddia edib: "Salah "Çelsi"yə gələndə çox gənc idi. O, lazımi fiziki və psixoloji hazırlığa malik deyildi. Sosial və mədəni çətinliklər yaşayırdı. Onun üçün hər şey çox çətin idi. Salahı satmağa mən qərar verməmişəm".






Fikirlər