İSTEHLAK MALLARI BAHALAŞIB

İSTEHLAK MALLARI BAHALAŞIB
Dövlət Statistika Komitəsi 2013-cü ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Azertaym.az-ın məlumatına görə, 2013-cü ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,4 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0.1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

Həmçinin ötən ay zərgərlik məmulatlarının qiymətləri də bahalaşıb.
Komitənin məlumatında o da vurğulanıb ki, əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri noyabr ayında ucuzlaşıb, xəstəxana xidmətlərinin qiymət və tariflərində isə bahalaşma müşahidə edilib.






Fikirlər