Prezident korrupsiyanın kökünü necə kəsdi?! — “The Financial Times” yazır
“İkinci devalvasiyadan sonra bizim daxili maliyyə bazarlarında müəyyən panika yarandı, ona görə də biz bir sıra təxirəsalınmaz tədbirlər görməli olduq”. “Ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi”-qəzet yazır. Lakin indi biznesmenlər və bankirlər deyir ki, ilin əvvəlindən ölkəyə mal idxalında rüşvət praktikası kəskin şəkildə dayandı. “Gömrük sistemində islahatlar kifayət qədər radikal şəkildə getdi”-yerli bankirlərdən biri deyir. İndi demək olar ki, bütün mallar ölkəyə leqal idxal edilir, bu da şikayətlərin artmasına səbəb olub ki, rəsmi gömrük tarifləri biznesmenlərin əvvəl ödədiyi rüşvətdən daha çoxdur. “Çoxdur, ancaq qanunidir”- Natiq Əmirov məmuniyyətlə deyir. “Bizim prezident həqiqətən bu məsələni öz nəzarətinə götürdü və biz hər gün, hər həftə baş verənlər haqda ona məruzə edirdik”- prezidentin köməkçisi əlavə edib. Bu islahatların nəticəsində gömrükdən büdcəyə daxil olan gəlirlər ilin ilk 6 ayı ərzində 30 faiz artıb, baxmayaraq ki, iqtisadiyyatda geriləmə var. N.Əmirov deyir ki, hökumət dövlət orqanları tərəfindən şirkətlərdə yoxlamaları da kəskin azaldıb və hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir.