Araz Əlizadə yenə də ÇAŞDI,daha bir qalmaqallı AÇIQLAMA VERDİ...

Striptiz” Məclisi Osmanlıya qarşı! | Azadliq

Millətin adı azərbaycanlıdır! İnsan özünü hansı millətdən hesab edirsə, həmin millətdəndir. Mən özümü azərbaycanlı hesab edirəm və bununla fəxr edirəm. Azərbaycan mənim qanımdır, canımdır. Özümə ayrı bir millət axtarmıram! Kim qeyri millət axtarırsa, özü bilər. Bu millətə türk demək lazım deyil”.

Bunu Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Azərbaycan dili türk dilləri qrupuna aiddir: 

Görmüsünüzmü ki, hansısa qazax, türkmən özünə türk desin?”

Sabiq deputat himnlə bağlı da təklif verib: “Sovet Azərbaycanı himninin musiqisini eynilə saxlayıb sözlərini dəyişib qaytarmaq olar. Çünki vaxtilə Sovet Azərbaycanının himnini Üzeyir Hacıbəyov yazıb, indiki himn isə himn kimi yazılmayıb. Bir şeyi də nəzərinizə çatdırım ki, Sovet Azərbaycanının dövlət himni 1965-ci ildə Parisdə keçirilən “Dünya Himn Müsabiqəsi”ndə Marsilezer ilə birlikdə birinci və ikinci yerlərə layiq görülüb”. (Konkret.az)






Fikirlər