MTN RAMİZ MEHDİYEVƏ İTTİHAM HAZIRLAYIRMIŞ! – Vəkildən şokedici açıqlamalar

 

Perviz03“Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasına gedərək, Pərvizlə görüşüb və istintaqdakı təklifləri yenidən səsləndirib”

Dünən Ali Məhkəmə tanınmış jurnalist Pərviz Həşimli barəsində müdafiə tərəfinin məhkəmənin təxirə salınması haqqında teleqramı olmasına baxmayaraq, qərar çıxarıb. Jurnalistin vəkili Bəhruz Bayramov bunula bağlı sensasiyalı açıqlamalar verib. O, moderator.az saytına açıqlamasında bildirib ki, Eldar Mahmudov vəzifədən kənarlaşdırılsa da, onun təsiri və əlaqələri hələ də kifayət qədər güclüdür və indiki situasiyada belə Ali Məhkəmənin qanunsuz, Allahsız qərar qəbul etməsini sifariş verə bilir.

“Təqsirləndirilən şəxs və onun iki vəkili – mən və Elçin Sadıqov iştirak etmədiyimiz halda, Ali Məhkəmənin hakimi Fərhad Kərimov heyrət doğuracaq bir addım atıb. Biz Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun davranışlarını onun vaxtilə MTN müstəntiqi olmasıyla bağlayırdıq və anlayırdıq ki, o, diktə ilə addımlar atır. İndi belə çıxır ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimov da MTN-in sifarişi ilə oturub-durur. Əks halda o, vəkil Elçin Sadıqovun prosesin təxirə salınmasıyla bağlı teleqramını nəzərə alardı. Təxirə salınma isə onunla əlaqədar idi ki, MTN-də baş verənlərdən sonra ölkədə yeni situasiya yaranmışdı və Pərvizlə gedib görüşüb məsləhətləşmək zərurəti var idi. Çünki Pərviz bir çox açıqlamalarla çıxış etməyə hazırlaşırdı. Sizə bunlardan birini mən deyim. 2014-cü ilin dekabrında Apellyasiya Məhkəməsinə iki gün qalmış MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasına gedərək, Pərvizlə görüşüb və istintaqdakı təklifləri yenidən səsləndirib. Mən bildiklərimin yüzdə birini demirəm, sadəcə Ali Məhkəmənin hakiminin bu cür addımından şoka düşərək bu faktlardan birini açıqlamaq istədim”.

ramiz mVəkil daha sonra əlavə edib ki, MTN-də aparılan istintaq zamanı Pərviz Həşimlidən israrla Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Timur Mehdiyevin əleyhinə ifşaedici ifadələr almağa çalışılıb:

“Pərviz Həşimli bundan imtina edib və T. Mehdiyevi ümumiyyətlə heç zaman görmədiyini, sifətdən belə tanımadığını, şəklini də görmədiyini bildirib, belə bir uydurmaya kimsənin inanmayacağını da onların diqqətinə çatdırıb. Bunu görən istintaqçılar Pərvizi yola gətirmək üçün deyiblər ki, ABU rektoru Elşad Abdullayev olayından sonra Ramiz Mehdiyevin nüfuzuna sarsıdıcı zərbə vurulub və o gələcəkdə özünü, oğlunu xilas etmək üçün indidən müxalifətdə dayaqlar axtardığından prosesə oğlunu qoşduğu barədə ifadəni cəmiyyətə həzm etdirə biləcəklər. Amma bu təklif də nəticə verməyib. Bundan sonra ona külli miqdarda pul və hətta deputat mandatı da təklif olunub. Əks halda ömrü boyu həbsxanadan xilas olmayacağı ilə hədələnib. Pərviz Həşimli bu barədə ona edilən təklifləri yazaraq mənə verib və mən gətirib həmin məktubu PA-da poçt qutusuna atmışam.”

V.Nəsibov






Fikirlər