Dörd keçmiş nazir FETÖ ilə əlaqələndirilir
İstanbulda keçmiş nazirlər Bülent Arınç, Hüseyin Çelik, Suat Kılıç ve Sadullah Ergin haqqında hazırlanan şikayət dosyesi Ankara Baş Prokurorluğuna göndərilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəkil Burak Bekiroğlunun İstanbul Cümhuriyyət Baş Prokurorluğuna verdiyi şikayət ərizəsində 4 keçmiş nazirin Fətullah Gülənin “hizmət” şəbəkəsi ilə əlaqəli olduqları iddia edilir. Bundan əlavə, bu dörd nazirə çevrilişə zəmin hazırlamaq ittihamı yönəldilir. Ərizədə dörd nazirin evlərində, iş yerlərində axtarış aparılması, cib telefonlarına əl qoyulması tələb olunub. Ərizədə, "Şübhəlilərin 15 iyul terror hücumunda hər hansı rolları varmı, bunun təsbiti lazımdır" deyilir. Ərizə ilə bağlı İstanbul Prokurorluğu bu istintaq haqqındakı qərarını verib. İstintaq işi haqqında "görevsizlik” qərarı verilərək Ankara Prokurorluğuna göndərilib.