Ermənilərdən daha bir sərsəm İDDİA
Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, Ermənistanın “Kentron” televiziyası Türkiyədəki kürd lideri Abdullah Öcalanın 4 mərhələli həll planına həsr etdiyi analitik proqramda Türkiyədə 4 milyon erməninin yaşadığını bildirib. Verilişdə Amerika Birləşmiş Ştatlarının müttəfiqi kimi xarakterizə edilən Türkiyənin bir müddət sonra bölgədə birləşmiş dövlətlər birliyinə çevriləcəyi bildirilir.
Dekabrın 5-də yayımlanan proqramda Öcalanın planının 4-5 ay içində kürdlər və türklər arasında münaqişəni həll edə biləcəyi, ancaq bu tələblər yerinə yetirilmədiyi təqdirdə türklər və kürdlər arasında böyük qarşıdurmaların yaşanacağı bildirilib.
Ermənilər Öcalanın bu planının təhdid xarakteri daşıdığını da qeyd edib:
1.Ankara kürdlərə qarşı bütün ittihamları geri götürəcək və PKK-çıları əfv edəcək;
2. Kürdlər dillərini öyrənmə və mədəniyyətlərini yaşatma haqqına sahib olacaq;
3. Kürdlər 2015-ci ildə parlamentdə müstəqil təmsil olunacaq;
4. Tarixdə türk və kürdlərin əlaqələri yenidən yazılmalıdır. Kürdlər terrorist olaraq gösərilməməli və Türkiyə yalnız türklərin deyil, kürdlərin də ana vətəni olmalı və hər iki xalq ölkə rəhbərliyində təmsil olunmaqda bərabər hüquqa malik olmalıdır.
2015-ci il seçkilərinə qısa zaman qaldığı qeyd edilən verilişdə Türkiyənin Öcalanın tələblərini qəbul edəcəyi iddia edilir və bildirilir ki, əgər tələblər qəbul edilsə, Türkiyənin şərqi faktiki olaraq “kürd bölgəsi” adı altında kürdlərin rəhbərliyi altına keçəcək. Bu bölgənin Qərbi Ermənistan torpaqları olduğu iddiasından da çıxış edən kanal ərazi haqqında ümumi məlumat da verir: “Bu gün burada 12 milyon kürd, 3 milyon türk və təxminən 4 milyon erməni yaşayır”.
Qeyd edək ki, "Kentron" teleşirkətinin rəhbəri, multimilyonçu oliqarx Qagik Tsarukyan özünü Ermənistan parlamentində böyüklüyünə görə ikinci olan “Çiçəklənən Ermənistan” partiyasının lideridir.