DEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – ŞOK VİDEO (Yenilənib)

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.

iqbal relaks dava

Xəbər verdiyimiz kimi, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürübYayılan xəbərdə bildirilir ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.

Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir.

“AzPolitika.info” “Unikal.org”a istinadla hadisəni özündə əks etdirən şok videonu təqdim edir:

***

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. “AzPolitika”  xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli özünün “Facebook” hesabında İqbal Məmmədovun ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdüyünü bildirib.

İqtisadçının statusunu təqdim edirik: “İqbal Məmmədov “Relax”a gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar. Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər var. Sabah ətraflı bəhs edəcəyəm. Hadisəni gizlətmək mümkün deyil. Bu dəfə deputat toxunulmazlığı İqbala kömək etməməlidir.”

Deputatın mövqeyini də dərc etməyə hazırıq

 

qulu iqbal

67949348_442648656591853_5676288602993065984_n

 






Fikirlər