"Bu qələtin bədəlini həm canları, həm də Dağlıq Qarabağı birdəfəlik itirməklə ödəyirlər"

Mohsen Asgari projects | Photos, videos, logos, illustrations and branding on Behance

Əsgərlərimizin qanı bahasına işğaldan azad edilən Qarabağ torpağında bundan sonra erməni yaşamamalıdır! Qarabağ torpaqlarında nəinki erməni muxtariyyatı, heç bir  erməni nümunəsi belə qalmamalıdı, çünki bu şəhidlərimizin ruhuna təhqir olar! Çünki o torpaqlar Azərbaycana Azərbaycan əsgərinin axıdılan qanı ilə qaytarılır. Biz üç on il ərzində Dağlıq Qarabağ muxtariyyatının ərazisinə heç bir aidiyyatı olmayan torpaqlarımızı boşaldıb, əvəzində orada yaşayan ermənilərə yüksər muxtariyyat vermək üçün çox çalışdıq. Bu bizim bir millət olaraq humanizmimizin bariz nümunəsi idi. Xain ermənilər isə bunu bizim acizliyimiz kimi başa düşüb, sonda Qarabağ Ermənistandır dedilər. Böyük qələt etdilər! İndi bu qələtin bədəlini həm canları və həm də Dağlıq Qarabağı birdəfəlik itirməklə ödəyirlər. 
Bu torpaqlarda bundan sonra bir nəfər də olsun erməni yaşamamalıdır! Çünki bu yaramazlar bir yerə az sayda belə düşəndə, orada çayır  kimi artıb çoxala bilirlər. İrəvan, Zəngəzur və bu gün bütövlükdə qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan bunun bariz nümunəsidir. Bunlar bu gün Rusiyanın Krasnodar vilyatində, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Gürcüstanda kompakt şəkildə yaşadıqları yerlərdə özlərinə muxtariyyat tələb edirlər. Mayası yalanla yoğrulmuş bu soysuzlar tək türklər üçün deyil, bütün bəşəriyyət üçün bir təhlükədir. Biz qarşımızdakı düşməni lazımınca dəyərləndirməliyik. Biz gələcək nəsillərə heç bir problem saxlamamalıyıq. Bunu ilk növbədə şəhidlərimizin ruhu bizdən tələb edir. Biz torpaqlarımızı tam işğaldan azad edildikdən sonra Qarabağ bölgəmizi xüsusi iqtisadi zonaya çevrilmək üçün bütün imkanlarımızı bir araya gətirməliyik. Biz bu müqəddəs torpaqlarımızda inkişafın elə bir səviyyəsinə nail olmalıyıq ki, yüz minlərlə qaçqınlartımız və digər vətəndaşlarımız məmuniyyətlə gedib vətənimizin bu dilbər guşəsində yaşasınlar. 
Dağlıq Qarabağdan erməni kilsələri də daxil bütün erməni izləri silinməlidi. Bu kilsələrin yerində məscidlər ucaldılmalıdı. Çünki Allah evi adlandırılan bu kilsələrdə ermənilər Allaha belə xəyanət ediblər. Onlar bu kilsələrdə Allaha dua etdikdən sonra Azərbaycanlı qocaların və uşaqların başını kəsib, dərisini soyaraq onları ən dəhşətli formalarda qətlə yetiriblər. Ona görə bu gün bu şərəfsizlərin əməllərinin qarşılığını Allah Azərbaycan əsgərinin əli ilə verir! Bu soysuzlar  Allahı tanısaydılar insanlığa bu qədər zülm etməyə durmazdılar.
Fikrət Yusifov, İqtisadçı professor, sabiq maliyyə naziri






Fikirlər