“Almatı yaxınlığında terrorçularla döyüş gedir” - Tokayev
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Almatıda “terrorçu dəstələr” hava limanını və beş təyyarəni, o cümlədən xarici təyyarələri qaçırıblar. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Tokayev keçirdiyi iclas zamanı deyib: “Terrorçu dəstələr iri infrastruktur obyektlərini ələ keçirib, xüsusən də Almatıda hava limanı, beş təyyarə, o cümlədən xarici təyyarələr qaçırılıb”. Tokayev bildirib ki, Qazaxıstanda iğtişaşlara səbəb olan “terrorçu dəstələr” xaricdə ciddi təlim keçiblər. “Hazırda Almatı yaxınlığında terrorçu dəstələrlə hava-desant bölmələri arasında döyüş gedir”, - Tokayev əlavə edib.