Əbülfəs Qarayev muzey direktoruna töhmət verdi – Baş mühasibi işdən qovdu



Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verib. 

AzNews.az xəbər verir ki, nazirlik Azərbaycan Xalça Muzeyinin fəaliyyətini araşdırıb. Araşdırmaların nəticəsi olaraq, nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyeva cəzalandırılıb. Bundan başqa öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib. 

Həmçinin, Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. 
AzNews.az 






Fikirlər