Ermənilərin növbəti şərəfsizliyi – İNTERNETDƏ öz məğlubiyyətlərini Azərbaycanın adına çıxarır, ordumuza böhtan yazırlar (VİDEOLAR - FOTOLAR)

Ermənilərin növbəti şərəfsizliyi – İnternetdə öz məğlubiyyətlərini Azərbaycanın adına çıxarır, ordumuza böhtan yazırlar (VİDEOLAR - FOTOLAR)

Erməni gəncləri Azərbaycana qarşı ciddi informasiya savaşına başlayıb. Belə ki, “Youtube” video portalında Armen Kh ləqəbli istifadəçi ölkəmizə və ordumuza heç bir aidiyyatı olmayan videoları paylaşaraq ingilis dilində haştaqlarla dünya mediasında Azərbaycan ordusunu gözdən salmağa çalışır. 

İstifadəçinin 6 saat öncə yüklədiyi videonun başlığı belədir: “Azərbaycan əsgərləri kəndi tərk etmək istəyən sakinləri ağır şəkildə döyür”.
Videonun altında isə qeyd edilir: "Azərbaycanda nə baş verir. Video Azərbaycan əsgərləri tərəfindən paylaşılıb". 
Azərbaycan sözünün önündə haştaqın qoyulması isə internetdə Azərbaycan adını axtaran istənilən istifadəçinin bu videoya çıxmasını təmin edir. 

 
 
Videonu youtube-da axtarıb başqa bir istifadəçi tərəfindən 2 il öncə, 2014-cü ilin 23 avqust tarixində yükləndiyini tapdıq. Həqiqət göz qabağındadır. Videonun başlığı belədir: “Əsgərdən şəxsiyyət vəsiqəsini soruşan PKK-lını yumruq manyakına çevirən üst teymən”. 
Türkiyənin Güney Doğu əyalətində qaçaqmalçılarla jandarma arasında xeyli müddət öncə baş vermiş bir hadisənin, Azərbaycan hərbçiləri ilə yerli əhali arasındakı toqquşma kimi verilməsi ermənilərin Azərbaycana qarşı təxribatından başqa bir şey deyil.  Ancaq təbii ki, bu video xarici auditoriyaya hesablanıb. Azərbaycan dilini bilməyən, informasiyanı sadəcə videonun başlığından alan xaricilərin nəzərində Azərbaycanın imici zədələnir. 
Eyni istifadəçinin yaydığı başqa bir videoda isə Azərbaycan ordusuna məxsus ikinci helikopterin vurulduğu deyilir. Görüntülərin real olmadığı isə aydın görünür. 
Son günlər bu cür videolar paylaşan erməni adı ilə qeydiyyatdan keçən istifadəçilərin sayı artmaqdadır. 
Daha doğrusu erməni tərəfi öz məğlubiyyət videolarını dünya ictimaiyyətinə “Azərbaycanda nə baş verir” başlığı ilə sırımağa çalışır. 
Bu yerdə Azərbaycanın informasiya texnologialarından istifadə bacarıqları olan gənclərinin üzərinə də informasiya cəbhəsində savaşmaq kimi bir vəzifə düşür. Ermənilərin saxtakarlıqlarını ifşa etmək və dünyaya həqiqəti çatdırmaq da müharibənin bir parçası və qələbənin əsas şərtidir.
Həmin saxta videoları təqdim edirik. 
 
Musavat.com



Ermənilərini yaydığı video

Videonun əsli






Fikirlər