Prezident Mehriban Əliyevanın xalası oğluna fəxri ad verdi - FOTO

Prezident Mehriban Əliyevanın xalası oğluna fəxri ad verdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradovu təltif edib.

Criminal.az xəbər verir ki, prezidentin bununıa bağlı imzaladığı sərəncamda deyilir: “Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova “Əməkdar hüquqşünas” fəxri adı verilsin”.

Criminal.az saytı xitab.az-a istinadla xəbər verir ki, Mahir Muradovun Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xalası oğlu olduğu söylənilir. O, 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb. 16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Ailəlidir, üç övladı var. 

 






Fikirlər