Bakıda Zəfər bayramı qeyd olundu
Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı qeyd olunub. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müdafiə naziri Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, diplomatik korpusun nümayəndələri, digər siyasi və ictimai xadimlər iştirak edib. E.Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub. Qeyd edək ki, Zəfər bayramı Türkiyə tarixində Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.